Ukrayna Prezidenti Volodimir Zelenski Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
Sfera.az bildirir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
Ukrayna lideri siyasətçini təbrik edib və iki ölkə arasında tərəfdaşlığı müzakirə etmək üçün onunla şəxsən görüşmək arzusunu bildirib.
“Güc vasitəsilə sülhə olan sadiqliyinizi yüksək qiymətləndirirəm. Sizi şəxsən salamlamağı və Ukrayna ilə ABŞ arasında strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə etməyi səbirsizliklə gözləyirəm”, - Zelenski qeyd edib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də başlayıb. Floridada tərəfdarları qarşısında çıxış edən Tramp prezident seçkilərində qalib gəldiyini bəyan edib.
Günay