AZ

Çinin avtomobil istehsalçıları vergidən bu sxemlə yayınır

Artıq Avropa Çin istehsalı olan elektromobillərə böyük rüsum tətbiq edib. Son günlərdə Çİn rəsmilərinin avropalı siyasətçilərlə danışıqları da fayda verməyib. Lakin Pekin (hələlik) çıxış yolu tapıb.

Avtosfer.az xəbər verir ki, rəsmi Pekin yerli elektromobil istehsalçılarına Avropaya sərmnayə qoymamağı tövsiyə edib. Çinin yanaşması konkretdir: Avropaya pul qoyaraq onları zənginləşdirmək olmaz. Avtomobil ixracında isə başqa yol tapılıb: hibrid, daha doğrusu doldurulabilən hibridlərin Avropaya ixracını artırmaq. Bu modellər üçün gömrük rüsumu aşağıdır. Həm də taktika Avropada elektromobil satışlarının minimuma endiyi vaxta təsadüf edir. 
Avropa bazarını itirməmək üçün Çinin sırf elektromobil istehsal edən müəssisələrindən bəziləri də hibrid modellərin istehsalına keçməyi planlaşdırır.
Lakin bu taktikanın nə qədər səmərə verəcəyini qabaqcadan söyləmək mümkün deyil.

Vüqar Yaşaroğlu

Seçilən
41
avtosfer.az

1Mənbələr