AZ

Gözəllik müsabiqəsinin qalibi saxlanıldı: Türkiyədən 12 milyonluq...

“Miss Russia 2015” müsabiqəsinin qalibi Sofya Nikitçuk 12 milyon rubl dəyərində zinət əşyalarını Rusiyaya keçirməyə cəhddə şübhəli bilinib.

Bu barədə "Mash" məlumat yayıb.

Gözəllik müsabiqəsinin qalibi İstanbula köçürmə edərək Nitsadan Moskvanın Vnukovo hava limanına uçub. Gömrükçülər onu “yaşıl dəhliz”lə gedərkən saxlayıblar.

Qeyd edək ki, axtarış zamanı sərnişinin üzərindən qızılı “Patek Philippe” saatı, iki üzük və “Cartier” boyunbağı aşkar edilib. Bildirilir ki, onun zərgərlik məmulatlarının bəyan edilmədiyi üzə çıxıb. Nikitçuk bəyannamənin olmamasını onun şəxsi əşyaları olması ilə izah edib.

Nikitçuk saxlanılıb. Onu cinayət işi gözləyir.//Publika.az 

Seçilən
0
1
referans.az

2Mənbələr