AZ

"Yelo Bank" gələn aydan karta mədaxil üzrə komissiya tutacaq

"Yelo Bank" mövcud kart tarifləri üzrə dəyişiklik edəcək.

Valyuta.az-ın bankdan əldə etdiyi məlumata görə, gələn aydan bank kartlarına 2 min manatdan yuxarı mədaxil üçün 1% komissiya tutulacaq.

Belə ki, 4 dekabr 2024-cü il tarixindən etibarən kənar terminallarda "Yelo kart" hesablarına komissiyasız mədaxil limiti maksimal  2 min manat və ekvivalentində təşkil edəcək. Ay ərzində 2000,01  manat məbləğdən artıq mədaxil olduqda isə 1% komissiya haqqı tətbiq olunacaq.

Bank qeyd edir ki, kart hesablarına iki halda limit və komissiya olmadan mədaxil oluna bilər: "Yelo App" vasitəsilə həm Yelo Bank-a məxsus, həm də digər bank kartlarından hesaba köçürmək mümkündür. Bundan əlavə, banka məxsus "Cash in" terminalları və bankın kassalarında  da hesaba komissiyasız mədaxil etmək olar.

Xatırladaq ki, "Yelo Bank"ın əsası 1994-cü ildə qoyulub. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.

Pünhan

Seçilən
33
valyuta.az

1Mənbələr