AZ

“Ermənistan məcbur qalıb Azərbaycanla sülh sazişi bağlayacaq” - ŞƏRH EDİLDİ

“44 günlük Vətən müharibəsi və bir gün davam edən anti-terror tədbirləri ilə Azərbaycan legitim güc tətbiq edərək Ermənistan tərəfindən uzun illər işğal altında saxlanılan torpaqları azad etdi, Ermənistanı kapitulyasiyaya məcbur edərək ərazi bütövlüyümüzü müdafiə etdik. Bunun ardınca Azərbaycanın təşəbbüsü ilə iki ölkə arasında sülh danışıqlarına başlanıldı. Sülh müqaviləsinin müəyyən şərtlər var. İlk növbədə Ermənistan Azərbaycana ərazi iddialarından imtina etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.O bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiaları mövcuddur: “Buna görə də sülh sazişi ilə bağlı birinci şərt sözügedən istiqamətdə Ermənistan qanunvericiliyinin dəyişdirilməsidir. Digər şərt isə Zəngəzur dəhlizinin, yəni kommunikasiyaların açılmasıdır. Ermənistan 10 noyabr sazişi ilə kommunikasiyaların açılması ilə bağlı öhdəlik götürüb. Ən mühüm şərt isə işğalçı dövlətin Azərbaycan torpaqlarını işğal etdiyinə görə, kompensasiyaya məcbur edilməsi və rəsmi formada üzr istəməsidir. Bütün bu şərtlərin həyata keçirilməsi erməni toplumumda Ermənistan üçün müharibədən daha artıq məğlubiyyət kimi qəbul olunur. Bu baxımdan Ermənistan ABŞ və Fransa kimi Qərb dövlətlərindən mədət umur və onların vasitəsilə regionda müəyyən imtiyazlar əldə etmək istəyir. Lakin baş verən proseslər göstərir ki, Ermənistan qeyd olunanları etmədən sülh sazişi bağlana bilməz.Həmçinin burada Ermənistanla yanaşı, Qərbin də regionda gözləntiləri var. Amerika və Fransa, ümumiyyətlə Qərb regionda Ermənistan vasitəsilə möhkəmlənməyə çalışır. Proseslərin gedişatında Ermənistanın silahlandırılması təhlükəlidir və sülhə xidmət etmir. Lakin Azərbaycanın tələbləri mütləq yerinə yetiriləcək və Ermənistan məcbur qalıb Azərbaycanla sülh sazişi bağlayacaq”.

Müəllif: Səbinə Hüseynli

Seçilən
36
1
sesqazeti.az

2Mənbələr