Azərbaycanın Baş naziri Əli Əsədov Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlharti ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin dünyada dinlərarası dialoqun və körpülərin qurulmasına xidmət etdiyi diqqətə çatdırılıb.
Yaşıl gündəliyin təşviqi və iqlim dəyişiklikləri ilə mübarizə, həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı Azərbaycanın ardıcıl səyləri barədə söhbət açılıb.