AZ

Suren Surenyants: ABŞ seçkiləri Paşinyanın siyasətinin iflasını tamamilə üzə çıxardı

Erməni ekspert Suren Surenyants Trampın "daha müharibə olmayacaq" vədlərini Paşinyanın siyasətinin uğursuzluğu kimi qiymətləndirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Surenyants Trampın müharibə əleyhinə mesajlarının Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli üçün ümid verə biləcəyini deyib.

Onun fikrincə, ABŞ seçkilərinin nəticələri, Paşinyan hökumətinin siyasətinin iflasa uğradığını açıq şəkildə üzə çıxarıb və Ermənistanın xarici siyasətində ciddi dəyişikliklərə ehtiyac yarandığını göstərir.

 

 

 

Seçilən
22
musavat.com

1Mənbələr