Sağlam qidalanma mütəxəssisi, qida təhlükəsizliyi üzrə ekspert Ağa Salamov Demokrat.az-a açıqlamasında zərərli qidalanmanın qlobal bir problem olduğunu deyib.
O, demək olar ki, bütün dünyanı bu problemin əhatə etdiyini bildirib:
“Məktəb ailədən başlayır. Uşaq məktəbə 6-7 yaşından gedir. Ailədə süfrə mədəniyyətini necə görürsə, o cür də formalaşır. Baxırıq ki, ailələr gedir oturur restoranda, ilk sözü də o olur ki, uşağın “kartof free”sini gətirin, ac qalmasın...”.
Ekspert uşaqları milli mətbəxə meyilləndirməyin vacib olduğunu vurğulayıb:
“Bunu da ailə təbliğ etməlidir. Restoranlardakı “fast-food”lardan əlavə marketlərdə satılan zərərli qidaları da uşaqlara alırlar. Milli mətbəximiz isə sağlam qidalardan ibarətdir. Bu həm də bizim mədəniyyətimizdir. Bağçalarda da uşaqlar zərərli qidaları, içkiləri görmürlər. Bağçalarda qida rasionu dövlət tərəfindən tənzimlənir. Orada kola, fanta görə bilməzsiniz. Yəni zərərli qidalanma ailə daxilində başlayır. Məktəb bufetlərində də zərərli qida və içkilərin satışını qadağan etmək lazımdır. Uşaqlar üçün təbii şirələr, sular, balanslaşdırılmış, faydalı karbohidratlardan ibarət yeməklər satılmalıdır”.
A.Salamovun fikrincə, məktəblərdə Azərbaycanın milli mətbəxi təbliğ olunmalıdır:
“Təəssüf ki, bizim milli mətbəximiz haqqında məktəblərdə heç nə tədris olunmur. Bu haqda məktəblərdə təbliğat olmalıdır. Uşaqlara milli mətbəximizin zəngin və sağlam olduğu aşılanmalıdır ki, onlar da buna meyillənsinlər.
Məsələn, Almaniya məktəblərində uşaqlara sağlam qidalanma təbliğ olunur. Deyirlər ki, bu gün bizdə balıq günüdür, məsələn. Ona görə də hara getsələr, öz mətbəxlərinə müraciət edirlər, öz yeməklərini digərlərindən üstün tuturlar. Avropa ölkələrindən bu cür yaxşı cəhətləri nümunə götürməliyik. Öz mətbəximiz haqqında nə qədər danışsaq, azdır, bu barədə ensiklopediyalar yazmaq olar. Formalaşmış, sağlam mətbəximiz var, uşaqlarımıza da bunu sevdirməliyik”.
Törə Zeynallı
Demokrat.az
10Mənbələr
-
news24.azQışda necə qidalanaq? - 9 məsləhət ( 12960817)
-
medianews.azMaraqlı 9 qara pişik cinsi – Onlar haqqında nə bilirsiniz? ( 12868927)
-
moderator.azNoyabrın 9-nun ən xoşbəxt BÜRCÜ: Sizin üçün xüsusi gün olacaq ( 12864253)
-
medianews.azNoyabrın 9-nun ən xoşbəxt BÜRCÜ: Sizin üçün xüsusi gün olacaq ( 12863647)
-
musavat.comNoyabrın 9-nun ən xoşbəxt BÜRCÜ: Sizin üçün xüsusi gün olacaq ( 12863509)
-
turkic.worldZəfər xronikası. 9 noyabr 2020-ci il: Prezident İlham Əliyev “BBC News”a müsahibə verib ( 12858601)
-
valyuta.azBanklar uzunmüddətli kreditlərin verilməsində niyə maraqlı deyillər? ( 12793747)
-
day.azDərmanlar haqqında bilmədikləriniz - Miflər və reallıq ( 12785353)
-
demokrat.az“Məktəblərdə milli mətbəximiz haqqında dərslər keçirilməlidir” — TƏKLİF ( 12771703)
-
yenicag.azKriptovalyutalar haqqında yanlış inanclar: Koqnitiv təhriflər qərarlarımıza necə təsir edir ( 12752566)