1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İranın Tehran şəhərində 16 yaşlı Arzu Xavari hicab taxmağa məcbur edildiyi və məktəb ekskursiyasından qovulduğu üçün intihar edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Onun uniforma əvəzinə cins geyimdə olduğu üçün turdan qovulduğu bildirilir.
Məlumata görə, Arzu Xavari "geyim qaydalarını pozduğuna" görə məktəb ekskursiyasına buraxılmadıqdan sonra ağır şok və stres keçirib.
Qeyd olunub ki, hadisə İranın sərt hicab siyasətinin ölkə vətəndaşlarının gündəlik etirazına səbəb olduğu bir vaxtda baş verib.