AZ

AEBA ilə nüvə enerjisindən istifadə imkanları müzakirə edilib

Azərbaycanın “yaşıl enerji keçidi” planları kontekstində nüvə enerjisindən istifadə imkanlarının araşdırılması istiqamətində Energetika Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.

Nazir bildirib ki, Romada AEBA-nın Baş direktoru Rafael Mariano Grossi ilə məhsuldar görüşü olub.

Həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbirinin keçirilməsinə dair fikirlərini bölüşüblər.

Seçilən
20
5
ikisahil.az

6Mənbələr