Noyabrın 6-da Yeddinci çağırış 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri olaraq, Yeni Azərbaycan Partiyasının YAP Sumqayıt şəhər təşkilatı/nın inzibati binasında seçicilərlə görüşdük. Vətəndaşların müraciətlərini dinləyərək, onların qarşılaşdıqları məsələlərə həll yolu tapmağa çalışdım.
Görüşdə şəhid ailələri, müharibə əlilləri, veteranlar və hərbi qulluqçular da iştirak etdilər. Onların qarşılaşdıqları çətinliklər xüsusi diqqətə alındı və həmin məsələlərin həlli məqsədilə müraciətlər aidiyyəti qurumlara yönləndirildi. Vətən müharibəsi qazilərinin müraciətləri ayrıca nəzarətə götürülərək, problemlərin həlli üçün müvafiq addımlar atılmağa başlanıldı. Dövlətin bu şəxslərə göstərdiyi diqqət və qayğıya görə qazilər və şəhid ailələri minnətdarlıqlarını bildirdilər.
Vətəndaşlar arasında əsasən ailə-məişət problemləri, işlə təminat, əmək təqaüdləri və sosial məsələlərlə bağlı müraciətlər ön plana çıxdı. Bir sıra məsələlər dərhal həll edildi, digər məsələlərin araşdırılması üçün müvafiq dövlət qurumlarına sorğular göndərildi.
Qəbulda dəvətimizlə Abşeron-Xızı Regional Məşğulluq filialının böyük mütəxəssisi Əliyeva Salatın və aparıcı mütəxəssisi İsazadə Rəşad vətəndaşların məşğulluq məsələlərinə dəstək vermək məqsədilə iştirak etdilər. Vətəndaşlara məşğulluqla bağlı mövcud imkanlar, işəqəbul prosesi və peşə hazırlığı barədə ətraflı məlumat verildi.
Seçicilərimizin rifahının təmin olunması və problemlərinin həlli məqsədilə fəaliyyətimi davam etdirəcəyəm. Hər zaman onların yanında olaraq, lazımi dəstək və köməyi göstərməyə çalışacağam.
Milli Məclisin Komitə sədri,
professor Hicran Hüseynova
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta