AZ

Naxçıvan idmançıları Türkiyədə 25 medal qazanıblar - FOTO

Naxçıvan idmançıları Türkiyənin Muş vilayətində qardaş ölkənin Cümhuriyyət Günü münasibəti ilə təşkil edilən beynəlxalq muay-tay turnirində 25 medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, yarışa Türkiyə, Azərbaycan və İrandan ümumilikdə 150 idmançı qatılıb.

Ölkəmizi yarışda məşqçilər Namiq Musayev və Elvin Qoçəliyevin rəhbərliyi altında Naxçıvan Kikboksinq Federasiyasının 25 idmançısı təmsil edib. Onlardan 13-ü birinci, 11-i ikinci, 1-i isə üçüncü yeri tutub.

Turnirin ən reytinqli görüşləri sayılan kəmər qarşılaşmalarında Ravil Alməmmədov (69 kq) və Hüseyn Həsənov (63.5kq) qalib gəlməklə baş mükafata sahib çıxıblar. Əsgər Heydərov, Ramazan Babayev, Tural Səfərli, Amin Nəcəfov, Əbülfəz Cəfərov, Həsən İsmayılov, Polad Həsənli, Rəhim Quluzadə, Oğuz Cavadlı, Murad Məmmədli və Uğur Məmmədli fərqli çəki dərəcələrində birinci olublar.

Fərqlənən idmançılara kubok, medal, əsas döyüşlərin qaliblərinə isə kəmər təqdim olunub.

Seçilən
39
bakivaxti.az

1Mənbələr