AZ

Bələdiyyə seçkilərinin vaxtı noyabrın axırında açıqlanacaq...

Image

Bələdiyyə seçkilərinin yanvar ayının 25-dən sonra keçirilməsi məqsədəuyğundur. Trend xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, noyabrın axırında bələdiyyə seçkilərinin dəqiq tarixi elan ediləcək.

MSK sədri bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı seçki məntəqələrinin hazırlıq işləri ilə bağlı danışıb.

“Biz gərək tez bir zamanda dairə seçki komissiyalarını formalaşdıraq.

Onlar da məntəqə seçki komissiyalarına müvafiq tapşırıqlar versinlər. Yeni seçilən üzvlər üçün maarifləndirmə proqramı həyata keçirək”, - o qeyd edib.





phrase_var_article.chosen
40
7
baki-xeber.com

7phrase_var_article.sources