Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək.
"Far.Az" bu barədə BBAK-a istinadən xəbər verir.
Məlumata görə, 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7-14 noyabrda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.