AZ

RİNN COP29-da Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa TƏŞKİL EDƏCƏK

Bakıda COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.

Bildirilib ki, tədbirdə rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyəti necə dəyişdirə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Dəyirmi masanın təşkilatçıları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti və Beynəlxalq Telekommunikasiya İttifaqıdır (ITU).

Tədbirlə bağlı ətraflı məlumatla linkdə tanış olmaq mümkündür.

Bizim.Media

Seçilən
29
18
bizim.media

10Mənbələr