AZ

Trampın qələbəsi dolların məzənnəsini artırır: 2 faizə yaxın...

Donald Trampın qalib gəldiyi məlum olandan sonra ABŞ dolları kəskin bahalaşıb.

Musavat.com xəbər verir ki, dolların altı valyutalıq səbətə (avro, İsveçrə frankı, yen, Kanada dolları, funt sterlinq və İsveç krona) qarşı dinamikasını göstərən və ICE birjası tərəfindən hesablanan DXY indeksi 1,94 faiz, daha geniş WSJ Dollar İndeksi 1,47 faiz artıb.

Bakı vaxtı ilə saat 17.00-a avro/dollar məzənnəsi 2 faiz ucuzlaşaraq 1,0707 dollara, Amerika valyutası ilə cütlük yaradan funt sterlinqin dəyəri isə 1,4 faiz azalaraq 1,2858 dollara düşüb.

Seçki kampaniyası zamanı 78 yaşlı Tramp ABŞ iqtisadiyyatını dirçəltməyə və amerikalıların həyat şəraitini yaxşılaşdırmağa söz verib. Onun səsləndirdiyi planlar arasında biznes üçün vergilərin azaldılması, ticarət rüsumlarının artırılması, maliyyə və neft-qaz sektorları da daxil olmaqla tənzimləyici məhdudiyyətlərin yumşaldılması, həmçinin miqrantlarla mübarizə və mənzillərin əldə edilməsi imkanlarının genişləndirilməsi var.

Ekspertlər hesab edirlər ki, Trampın açıqladığı planların həyata keçirilməsi ABŞ-da inflyasiya təzyiqini artıracaq və Federal Ehtiyatlar Sistemini (FRS) pul siyasətinin yumşaldılması tempini aşağı salmağa məcbur edəcək.

Bildirilir ki, inflyasiyanın azaldılmasında irəliləyiş dayanarsa, Federal Ehtiyatlar Sistemi siyasətin yumşaldılması tempini azaltmağa, inflyasiya sürətlənərsə, baza dərəcəsinin artırılmasına qayıtmağa məcbur olacaq.

Federal Ehtiyat Sisteminin növbəti iclası noyabrın 6-7-də keçiriləcək, ekspertlər ABŞ Mərkəzi Bankının uçot dərəcəsini illik 4,75-5 faiz olan cari səviyyədən 25 baza bəndi azaldacağını gözləyirlər.

İngiltərə Bankı da noyabrın 8-də faiz qərarı üçün iclas keçirəcək. Trading Economics analitiklərinin konsensus proqnozu Britaniya Mərkəzi Bankının da dərəcəni 25 baza bəndi azaldaraq 4,75 faizə endirəcəyini göstərir.

Bu gün ticarət zamanı dolların Yapon iyeninə nisbətdə məzənnəsi 1,7 faiz artaraq 154,23 iyenə çatıb. Offşor yuanla cütlük yaradan dollar 1,3 faiz artaraq 7,1954 yuana yüksəlib.

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr