AZ

“Azərbaycan televiziyaları yüksəliş dövrü yaşayırlar“ - EKSPERT

“Azərbaycan televiziyası yarandığı gündən peşəkar media subyekti kimi fəaliyyət göstərir. Azərbaycan ictimaiyyətinin zəruri xəbərlərlə təminatı baxımından kifayət qədər uğurlu və faydalı fəaliyyət göstərib. Eyni zamanda Azərbaycanda ictimai fikrin formalaşmasında, milli inkişafda Azərbaycan Milli televiziyasının böyük rolu olub.” Bu sözləri SİA-ya açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.

O bildirib ki, bu baxımdan televiziyanın tarixən keçdiyi yol və bugünkü fəaliyyəti kifayət qədər uğurludur: “Hazırda da Azərbaycan televiziyaları yüksəliş dövrü yaşayırlar, onlar nəinki Azərbaycan daxili auditoriyasını zəruri informasiya ilə təmin edirlər, eyni zamanda Azərbaycan mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün də mühüm töhfə verirlər. Hazırda biz bir neçə dildə peşəkar yayım verən Azərbaycan televiziyaları var. Son günlərdə də Beynəlxalq auditoriyaya çıxacaq telekanalın açılmasının şahidi olduq. Bu da onu göstərir ki, Azərbaycan televiziyası kifayət qədər uzun yol keçib və günümüzün şərtlərinə uyğunlaşaraq öz inkişafını davam etdirir”.

Seçilən
26
sia.az

1Mənbələr