Külli miqdarda narkotik vasitənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bu barədə News24.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, “Biləsuvar” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Kinoloji xidmət itinin reaksiyasına əsasən aparılan yoxlama zamanı yükün içərisində aliminium falqalara bükülmüş 10 ədəd bağlamada qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilmiş külli miqdarda - 10 kiloqram 360 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.