Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Antonovka və Maksimovka yaşayış məntəqələrini nəzarətə götürüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya qoşunları \"Donetsk Xalq Respublikası\"nın (Ukraynanın Donetsk vilayəti-red) Antonovka və Maksimovka yaşayış məntəqələrini azad edib.
Bundan əlavə, qeyd olunub ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın MiQ-29 təyyarəsini, səkkiz Hammer aviasiya bombasını, dörd HIMARS raketini və 23 PUA-sını vurub.
///apa