Raja Naynqqolanın karyerasını Azərbaycanda davam etdirib-etdirməyəcəyi dəqiqəlşib.
Titul.az xəbər verir ki, İtaliya nəhəngləri - "Roma" və "İnter"də çıxış etmiş yarımmüdafiəçinin "Karvan"la apardığı danışıqlar artıq yekunlaşıb.
36 yaşlı ulduz I Liqa təmsilçisindən kifayət qədər yüksək əməkhaqqı tələb edib. Odur ki, Yevlax klubu Belçika yıtmasının sabiq üzvüylə münasibətləri rəsmi müstəviyə keçirməyib.
O, karyerası ərzində "Roma" və "İnter"dən başqa, İtaliyada "Kalyari" və SPAL, Belçikada "Antverpen"in formasını geyinib. //sportinfo
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!