“Noyabr ayının 9-dan ictimai nəqliyyat COP29 iştirakçıları üçün pulsuz olacaq”.
Bu barədə Medianews.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd olunub ki, COP29 tədbirində iştirak hüququ olan şəxslər noyabr ayının 24-ə kimi ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər.
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında qeyd edib ki, bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir.