AZ

Ərdoğanın türk liderlərdən 2 gözləntisi: Bişkekdə nə istədi?

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən zirvə toplantısında iki gözləntisini ortaya qoyub. Ərdoğan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) və Türkmənistanın qısa zamanda Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmalarını istədiyini bildirib.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Kuzey Kıbrısla bağlı qərar üzv dövlətlərin istəyindən asılıdır:

“Türkiyə və Azərbaycandan başqa digər türk dövlətləri Kuzey Kıbrıs Türk Cümhuriyyətinin təşkilata tamhüquqlu üzvlüyünə hələ ki, ehtiyatla yanaşırlar. KKTC Cümhurbaşqanı Ərsin Tatar Şuşadakı toplantıdan sonra ikinci dəfə Bişkekdəki toplantıya müşahidəçi statusunda qatılıb. Mərkəzi Asiya ölkələri KKTC-nin müşahidəçi statusuna etiraz etmirlər. Ancaq Ankara və Lefkoşa tam üzvlük istəyir. Əslində KKTC-nin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzvlüyünə görə Mərkəzi Asiya ölkələrini təhlükə gözləmir. ABŞ və ya AB dövlətləri bu qərara görə Mərkəzi Asiya ölkələrinə sanksiya tətbiq etməzlər. Ona görə Mərkəzi Asiyanın türk dövlətləri yaxın illərdə KKTC ilə bağlı qərar verməli olacaqlar.

Türkmənistanın təşkilata üzvlüyü isə Aşqabadın qərarından asılıdır. KKTC-dən fərqli olaraq, Türkmənistanın Türk Dövlətləri Təşkilatına üzvlüyünü qurumdakı dövlətlərin tamamı dəstəkləməyə hazırdır. Bu dəfə Türkmənistan tələsməməyə qərar verib”.

Seçilən
14
1
axar.az

5Mənbələr