AZ

Alim planetimizin risk altında olduğunu açıqladı: Qarşıdakı iki gündə nə baş verəcək?

  Günəşdə "X" sinifli güclü partlayış baş verib.

Referans.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçev bildirib.

Alim qeyd edib ki, partlayış günəş diskinin mərkəzində baş verib, bu da Yerə təsir ehtimalını artırır. Onun sözlərinə görə, indi planetimiz üçün maksimum risklər üzə çıxıb.

Son iki gündə günəş aktivliyinin səviyyəsi tədricən artıb. Ekspert hesab edir ki, hazırkı günəş partlayışı bu həftə üçün sonuncu deyil. "Növbəti iki gün ərzində daha da güclü partlayışların baş verməsi riski var", - deyə alim xəbərdarlıq edib./Publika.az  

Seçilən
29
6
referans.az

10Mənbələr