AZ

Zəfər Günü Pakistanda təntənəli şəkildə qeyd olunub - FOTO

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Pakistandakı səfirliyi Zəfər Gününün ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Hafta.az xəbər verir ki, Pakistanın mənzil inşaatı və işlər naziri Mian Riaz Hussain Pirzadanın əsas qonaq qismində təşrif buyurduğu qəbulda Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam, Sind əyalətinin qubernatoru Kamran Tessori və Pakistan Ali Təhsil Komissiyasının sədri Muxtar Əhməd, Pakistan parlamentinin üzvləri, İslamabadda fəaliyyət göstərən xarici diplomatlar, müxtəlif biznes qurumlarının nümayəndələri, mülki və hərbi rəsmilər, jurnalistlər və Pakistanda yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Azərbaycan və Pakistan Dövlət himnlərinin səsləndirilməsindən sonra ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov hər il Azərbaycanda 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. O, Azərbaycan və Pakistan arasında səmimi ikitərəfli münasibətləri vurğulayaraq ölkəmizin yaxın günlərdə Bakıda COP29-a ev sahibliyi edəcəyini və dünyanın müxtəlif ölkələrindən çox sayda qonağın iştirak edəcəyini bildirib.

Qəbulda əsas qonaq qismində iştirak edən Pakistanın mənzil inşaatı və işləri naziri Mian Riaz Hussain Pirzada Azərbaycan hökuməti və xalqını Zəfər Günü münasibətilə təbrik edib. O, Azərbaycan və Pakistanın iki qardaş ölkə olduğunu və iki ölkə arasında bütün sahələr üzrə əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini əminliklə ifadə edib.

Tədbirdə Azərbaycanın tarixi Qələbəsini, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Seçilən
38
3
hafta.az

4Mənbələr