"Turnir cədvəlinin son pilləsində qərarlaşmışıq. Ona görə də məsuliyyətimizi dərk edirik".
Sportnet.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə "Budyo-Qlimt" komandasına qarşı keçirəcəkləri IV tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Müdafiəçi sabahkı matçda əllərindən gələni edəcəklərini bildirib: "Bizi sabah çox çətin oyun gözləyir. Rəqib müdafiədə balanslı mübarizə aparan komandadır. Meydana xal qazanmaq üçün çıxacağıq".
Qeyd edək ki, noyabrın 7-də “Aspmüra” stadionunda keçiriləcək “Budyo-Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.