AZ

“Beşiktaş” Avropa Liqasında qələbə qazandı

Türkiyənin “Beşiktaş” klubu UEFA Avropa Liqasında qələbə qazanıb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi İsveçin “Malmö” kollektivinə 2:1 hesabı ilə qalib gəlib.

“Ağ-qaralar”ın heyətində 76-cı dəqiqədə Ernest Muci, 9 dəqiqə sonra isə Semih Kılıçsoy fərqlənib.

“Malmö”nün yeganə qoluna isə 90+5-ci dəqiqədə Soren Rieks imza atıb.

Qeyd edək ki, IV turun digər görüşləri noyabrın 7-də gerçəkləşəcək.

Seçilən
11
9
heftelik.az

10Mənbələr