AZ

Siluanov: Rusiya Maliyyə Nazirliyi inflyasiyanı azaltmaq üçün hər şeyi edir

Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Maliyyə Nazirliyi ölkədə inflyasiyanın azaldılması istiqamətində iş aparır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“İnflyasiyamız limitlər daxilində və sabitdir. Bəli, hələ ki, xoşumuza gəlmir, daha aşağı lazımdır. Biz bunun üçün bütün tədbirləri görürük və aparırıq”, – deyə nazir bildirib.

Bundan əvvəl Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina Rusiya Bankının 4%-lik inflyasiya hədəfinə nail olmaq üçün “heç bir endirim etmək fikrində olmadığını” bildirmişdi.

Seçilən
33
nocomment.az

1Mənbələr