Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Respublikaçılar Partiyasının namizədi Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və Ukrayna münaqişəsinin həllinə və Fələstin probleminin həllinə ümid etdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkədəki səhifəsində yazıb.
“Mən çətin mübarizədən sonra ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn və yenidən prezident seçilən dostum Donald Trampı təbrik edirəm”,- deyə o vurğulayıb.
Ərdoğan Türkiyə ilə ABŞ arasında münasibətlərin möhkəmlənməsinə, qlobal və regional böhranların və münaqişələrin həllinə ümid etdiyini bildirib.