AZ

"Mançester Siti"nin ulduzu həyəcan təbili çaldı - "Qaranlıq tuneldəyik"

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva komandasının son nəticələri ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Eurosport" portuqaliyalı ulduz futbolçunun fikirlərini belə təqdim edib:

“Bu, məyusedicidir, çünki biz qaranlıq tuneldəyik. Ardıcıl üç məğlubiyyət... Hər şey yanlış yola getdiyimizi göstərir. Hətta yaxşı oynasaq da, şansımızdan istifadə etmirik və çox asan qol buraxırıq. Problemi özümüzdə axtarmalı və bunu tez düzəltməliyik, əks halda, geriliyi aradan qaldıra bilməyəcəyik. Komandada olduğum müddətdə ardıcıl üç matçda uduzduğumuzu xatırlamıram”.

Xatırladaq ki, “Mançester Siti” ardıcıl son 3 oyununda – Liqa Kubokunda “Tottenhem”ə, ​​Premyer Liqada “Bornmut”a, Çempionlar Liqasında isə “Sportinq”ə məğlub olub.

Mirağa

Seçilən
4
fanat.az

1Mənbələr