AZ

İsrail Hərbi Hava Qüvvələri Beyrut hava limanının ətrafına zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livan paytaxtı Beyrutun Rafiq Həriri adına Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən cənub rayonlarına hücum edib.

"Operativ Media" xəbər verir ki, bu barədə “Al Jadeed” televiziya kanalı xəbər verib.

Fadi əl-Həssan bildirib ki, İsrailin intensiv hava hücumlarına baxmayaraq, hava limanı normal şəkildə işləyir.

“İsrailin hava limanına yaxın ərazilərə endirdiyi zərbələr onun bağlanmasına səbəb olmayıb. Hava limanı ştat rejimində işləyir”, – deyə o qeyd edib.

Seçilən
4
2
operativmedia.az

3Mənbələr