AZ

“Bu matçlardan çox dərs aldıq” - Adino Mustedanaqiç

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün Gənclər Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb. Görüş İsveçrə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Bakı klubunun U-19 komandası Gənclər Liqasında mübarizəni dayandırıb.

“Football-plus.az” xəbər verir ki, "Sabah"ın 19 yaşadək futbolçulardan ibarət kollektivinin baş məşqçisi Adino Mustedanaqiç Gənclər Liqasında İsveçrə təmsilçisi "Bazel"ə qarşı oyundan sonra belə deyib.

"Uduzsaq da, ilk oyundan sonra komandada olan irəliləyişdən razı qaldım. Cütün taleyi ilk matçda həll olunmuşdu, buna baxmayaraq, "Bazel" bu qarşılaşmada əsas heyət üzvlərinə şans vermişdi. Yüksək rəqabətli oyunun şahidi olduq. Görüşdə qapıya zərbələrin sayı bərabər idi, bəzi anlarda topu özümüzdə saxlamağı bacardıq. Məqsədimiz o idi ki, futbolçularımızın hər biri ilk oyundakından daha yaxşı çıxış etsinlər. Fikrimcə, onlar bunu bacardılar. Bəlkə də növbəti mövsümdə də Gənclər Liqasında oynaya biləcək futbolçulara şans verərək, onların müəyyən təcrübə toplamalarına şərait yaratdıq. Həmin futbolçulardan biri də bu qarşılaşmada qol vurmağı bacardı. Bu matçlardan çox dərs aldıq və indi oyunçularımızı daha da inkişaf etdirmək üçün yaxşı təcrübəmiz var".

Qeyd edək ki, "Sabah"ın U-19 komandası Gənclər Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Bazel"ə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Seçilən
3
3
football-plus.az

4Mənbələr