PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri Kilian Mbappenin rekordunu qırıb.
90deqiqe.Az "Opta"ya istinadən xəbər verir ki, gənc futbolçu Çempionlar Liqasının hazırkı matçının 14-cü dəqiqəsində “Atletiko Madrid”ə qol vurub.
18 yaş 243 günlük olan Zaire-Emeri tarixdə "Park des Princes"də qol vuran ən gənc oyunçu olub.
Əvvəlki rekordçu 2017-ci ilin noyabrında 18 yaş 337 günlük "Seltik"ə qol vuran Kilian Mbappe idi. Zair-Emerinin qolundan az sonra “matrasçılar” hesabı bərabərləşdiriblər.