AZ

Azərbaycan və İƏT təşkilatın COP29-da iştirakını müzakirə ediblər

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd M.Xan Azərbaycanın İƏT yanında daimi nümayəndəsi, səfir Əli Əlizadə ilə görüşüb.

Publika.az xəbər verir ki, Azərbaycanın Katibliyə dəstəyini və İƏT gündəliyinin təşviqində fəal rolunu yüksək qiymətləndirərək, təşkilatın baş katibi səfir Əli Əlizadəni Nyu-York, Aşqabad və Daşkənddə üzv dövlətlərin nazirləri ilə keçirdiyi son görüşlər barədə məlumatlandırıb.

Görüşdə həmçinin İƏT-in COP29-da iştirakı, eləcə də tədbir çərçivəsində İƏT-in təşkil etdiyi tədbirlər, o cümlədən Dairəvi İqtisadiyyat üzrə Nazirlər Toplantısı, İƏT Nazirlərinin Ətraf Mühit üzrə Görüşü və İƏT Təmiz Enerji Mərkəzinin açılış mərasimi müzakirə edilib.

Seçilən
20
6
publika.az

7Mənbələr