Serbiyanın Novı Sad şəhərində dəmir yolu vağzalında baş verən qəzaya görə keçirilən etiraz aksiyasında saxlanılanlar olub.
Publika.az xəbər verir ki, polis etiraz aksiyası zamanı zorakı davranışa və iğtişaşlara görə 9 nəfəri həbs edib.
Prokurorluğun məlumatına görə, 6 nəfər zorakı davranışa, digərləri isə dövlət əmlakına ziyan vurma, polis əməkdaşlarına hücumda və təhlükə törətməkdə şübhəli bilinir.
Qeyd edək ki, aksiya zamanı şəhər meriyasının binasına daş atılıb, pəncərələri sındırılıb. Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma olub.