AZ

İran İsrailin xeyrinə casusluqda ittiham olunan 4 nəfəri ölüm cəzasına məhkum edib

İranda Qərbi Azərbaycan vilayətinin ədliyyə orqanları İsrailin xeyrinə casusluqda ittiham olunan dörd nəfərə ilkin ölüm hökmü çıxarıb...

Poliqon xəbər verir ki, bu barədə “Tasnim” Agentliyi məlumat yayıb.

İnqilab məhkəməsinin iki kollegiyası bir əsas iş üzrə üç müttəhimə qarşı bu hökm çıxarıb. Xəbərdə həmçinin bildirilir ki, başqa bir məhkumun təqsiri məhkəmə tərəfindən sübuta yetirildikdən sonra ölüm cəzasına məhkum edilib.

İttiham tərəfi sübut edə bilib ki, əsas müttəhimlər qaçaqmalçılıq adı altında 2020-ci il noyabrın 27-də Tehran ətrafında nüvə alimi Möhsün Fəxrizadənin qətlində istifadə olunan avadanlığı İsraillə əlaqəli şəxslərə təhvil veriblər.

Poliqon.info

Seçilən
34
1
poliqon.info

2Mənbələr