AZ

Trampın komandası Ukraynadakı münaqişəyə son qoymaq üçün plan müzakirə edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid administrasiyası Rusiya və Ukrayna arasında münaqişəyə son qoymaq üçün yeni ssenarini müzakirə edir...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti mənbələrə istinadən məlumat yayıb.

Plan aşağıdakı məqamlardan ibarətdir:

- Hazırkı cəbhə xətti dondurulur və onun uzunluğu boyunca hərbsizləşdirilmiş zona elan edilir. Bu zonanın təhlükəsizliyini kimin təmin edəcəyi bəlli deyil, lakin qəzetin mənbələrindən biri Amerika qoşunlarının və ya BMT kontingentinin və ABŞ tərəfindən maliyyələşdirilən digər hərbi təşkilatların iştirakını istisna edib.

- Ukrayna ən azı daha 20 il NATO-ya üzv olmaq planlarından imtina edəcək.

- Bunun üçün ABŞ Ukraynanı silahla təmin etməyə davam edəcək.

“Biz hərbçilərə təlim keçə və başqa dəstək verə bilərik, lakin bunu ilk növbədə Avropa ölkələri edəcək. Biz amerikalı kişi və qadınları Ukraynada sülhü qorumaq üçün göndərmirik. Və biz bunun üçün pul ödəmirik. Bunu polyaklar, almanlar, ingilislər və fransızlar etməlidir”, deyə adının açıqlanmasını istəməyən Trampın komandasının üzvü deyib.

Poliqon.info

Seçilən
49
50
poliqon.info

10Mənbələr