AZ

Əhaliyə ŞOK XƏBƏRDARLIQ: Güclü maqnit qasırğası Yeri VURDU

Noyabrın 7-də qırmızı səviyyəli maqnit qasırğasının Yer kürəsini vuracağı gözlənilir.

Musavat.com “Meteoagent”ə istinadən xəbər verir ki, bu güclü qasırğa insanların sağlamlığına və texnoloji avadanlıqların işinə mənfi təsir göstərə bilər.

Əsasən baş ağrısı, yuxu pozğunluğu və digər narahatlıqlara səbəb olan maqnit fırtınası, həmçinin rabitə vasitələrinin, peyklərin və mobil şəbəkələrin fəaliyyətində pozuntular yarada bilər.

Mütəxəssislər K-indeksinin 5-ə qədər yüksələcəyini və bu göstəricinin insan sağlamlığına mənfi təsir edən səviyyələrdən biri olduğunu qeyd edirlər. Beynəlxalq meteoroloji laboratoriyalar, o cümlədən NOAA və TESIS-in peyk sistemlərinə görə, çərşənbə axşamı baş verən mülayim maqnit qasırğası daha da güclənəcək. Bu geomaqnit aktivliyin cümə gününə qədər davam etməsi, daha sonra isə azalması gözlənilir.

Aparılan elmi araşdırmalar göstərir ki, maqnit qasırğaları olan günlərdə insanlar daha çox baş ağrısı, əsəbilik, konsentrasiya problemləri və yuxu pozğunluğundan əziyyət çəkir. Bioelektrik proseslərə təsiri səbəbindən maqnit qasırğası bədənin ümumi vəziyyətini və əhval-ruhiyyəni pozaraq, iş performansına da mənfi təsir göstərə bilər.

Güclü maqnit qasırğasına hazırlıq məqsədilə ekspertlər xüsusilə meteohəssas insanlara istirahətə və sağlamlıqlarına daha çox diqqət yetirməyi, mümkün qədər stressdən uzaq durmağı tövsiyə edir.

Qeyd edək ki, Azərbaycan Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Günəş-Yer Fizikası İnstitu da bununla bağlı məlumat yayıb. Bildirilir ki, qasırğa bu gün saat 06:00-da başlayıb və fasilələrlə saat 18-ə kimi davam edəcək.

Musavat.com

Seçilən
10
3
musavat.com

4Mənbələr