AZ

Tomasson ancaq qələbə istəyir

İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Azərbaycan yığmalarına qarşı keçiriləcək son iki oyun barədə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, danimarkalı mütəxəssis hədəflərinin hər iki görüşdə qələbə qazanmaq olduğunu bildirib.

Tomasson qrup birinciliyini hədəflədiklərini vurğulayıb: “Millətlər Liqasına mükəmməl start verdik və hazırda qrup lideriyik. İndi qrupda birinci yeri tutmaq və oyunumuzu inkişaf etdirmək barədə düşünürük. Oktyabrda iki yaxşı oyun keçirdik. Ümumiyyətlə, Millətlər Liqasında buna qədərki 4 matçın hamısında rəqabətli mübarizə apardıq, çox sayda qol şansları yaratdıq. Nəticəyə ehtiyacımız olan zaman bunu reallaşdıra bilirik”.

Qeyd edək ki, İsveç yığması noyabrın 16-da Slovakiyanı, 19-da isə Azərbaycanı öz meydanında qəbul edəcək.

Seçilən
50
futbolinfo.az

1Mənbələr