AZ

Dönərin qiyməti dəyişəcək? - AÇIQLAMA

Yeni qaydalara əsasən, çiy dönərin emalı üçün istifadə olunan ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən alınmalıdır.

Bəs bu qaydalar dönərlərin qiymətinə təsir edəcəkmi?

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, dönərçilərin bildirdiyinə görə, indiyə qədər qiymət artımı müşahidə olunmayıb:

"Yeni qaydalarla tanış olmuşuq, əslində, yaxşı oldu. Bizim tərəfimizdən hər şey qanun çərçivəsində həyata keçirilir. Əgər başqa bölgələrdə qiymətlər artarsa, bizdə də qiymət dəyişiklikləri ola bilər," - deyə dönərçilərdən biri bildirib.

Qida Təhlükəsizliyi Agentliyinin açıqlamasına görə, çiy dönərin emalı yalnız xüsusi təchiz olunmuş bölmələrdə aparılmalıdır. Bu bölmələr, ictimai iaşə müəssisələrində çiy dönərin bütün texnoloji proseslərini həyata keçirə biləcək avadanlıq və inventarla təmin olunmalıdır. Ayrıca, çiy dönərin emalı üçün istifadə olunan ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiqlənmiş kəsim məntəqələrindən alınmalıdır və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiq edən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir.

Qaydalara görə, çiy dönərin emalı başa çatdıqdan sonra və ya hazırlanmasında 3 saatdan artıq fasilə yaranarsa, ətlə təmasda olan bütün avadanlıqlar müvafiq ardıcıllıqla təmizlənməli və ikigözlü vannalarda yuyulmalıdır.

Yeni qaydaların tətbiqi ilə bağlı qiymət artımı məsələsi isə hələlik qeyri-müəyyəndir.

Seçilən
0
7
day.az

9Mənbələr