AZ

Bir gündə sərvəti 26,5 milyard dollar artdı

Amerikalı iş adamı İlon Maskın sərvəti "Tesla" şirkətinin səhmlərinin bahalaşması səbəbindən 26,5 milyard dollar artıb. 

Demokrat.az
xəbər verir ki, bunu Bloomberg Milyarderlər İndeksinin (BBI) məlumatları sübut edir.

Materialdan belə çıxır ki, "Tesla" səhmləri bu yaxınlarda demək olar 15 faiz bahalaşıb. Noyabrın 6-da keçirilən ticarətin sonunda qiymətli kağızlar 14,75 faiz yüksəlib.

Bununla belə, noyabrın 7-də səhər saatlarında şirkətin səhmlərinin ticarətdən sonrakı qiyməti 0,63% ucuzlaşıb. Bu dəyər Bakı vaxtı ilə saat 9:35-də qeydə alınıb.

Eyni zamanda, Mask BBI-yə görə dünyanın ən varlı adamları reytinqində hələ də birinci yerdədir. Onun sərvəti 290 milyard dollardır.

Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib və seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəlib. Səsvermədən bir neçə gün əvvəl o, seçiləcəyi təqdirdə İlon Maskı Amerika administrasiyasında "nüfuzlu vəzifəyə" təyin etməyi planlaşdırdığını bildirib. Eyni şey bu ilin avqustunda ölkədə əsas siyasi post uğrunda mübarizədən geri çəkilmiş siyasətçi kiçik Robert Kennediyə də aiddir.

Jalə
Demokrat.az
Seçilən
14
3
demokrat.az

5Mənbələr