AZ

Şad Xəbər - Bu yolda tıxac azalacaq

Böyükşor-Pirşağı avtomobil yolu açılıb.

Olaylar xəbər verir ki, Böyükşor gölü üzərindən çəkilən yolun davamı olaraq inşa edilən Böyükşor-Pirşağı avtomobil yolu bugündən istifadəyə verilir.

Ölkə başçısı səhər saatlarında həmin yolun açılışında iştirak edib.

Qeyd edək ki, bu yolun açılması ilə bir sıra yollara, xüsusən də hər gün pik saatlarda tıxac müşahidə edilən Binəqədi şosesinə düşən yük xeyli azalacaq.

Məlumat üçün bildirək ki, Böyükşor-Pirşağı avtomobil yolu ümumi uzunluğu 12.7 km olmaqla inşa edilir. Yeni yol 30.6 metr, hər bir hərəkət zolağının eni 3.5 metr olmaqla 6 hərəkət zolağından ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
3
olaylar.az

4Mənbələr