AZ

Viruslar yenidən AKTİVLƏŞİR – Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?

Azərbaycanda koronavirus pandemiyası səbəbilə xüsusi karantin rejimi davam edir. Həmçinin, ölkəmiz gələn həftə COP29 konfransına ev sahibliyi edəcək. Payız aylarında virusların aktivliyini və ölkəmizə çox sayda qonaqların gələcəyini nəzərə alsaq, koronavirusa yoluxma hallarının yenidən arta biləcəyi ilə bağlı sual yaranır.

Yoluxma sayının artmaması üçün nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov deyib ki, hazırda koronavirusa yoluxanlara rast gəlinmir:

“COP29-la bağlı müəyyən tədbirlər görülür. Əgər Azərbaycanda koronavirus varsa, havaların isti və soyuq olmasından asılı olmayaraq müəyyən insanlar ona yoluxmaqla say arta bilər. Bu virus soyuğa və istiyə baxmır. Sadəcə, soyuq havalarda virusların yayılma ehtimalı bir az çox olur, yaxud onların fəaliyyəti üçün daha yaxşı şərait yaranır. Hazırda respublikada koronavirus deyilən xəstəliyə rast gəlmirik. İndi laboratoriyaların çoxunda COVID-19-u yoxlayan testlər var. Bütün yuxarı tənəffüs yolları ilə bağlı həkimlərə müraciət edən xəstələr bu testlərdən keçə bilərlər”.

Terapevt soyuq havalarda Səhiyyə Mərkəzlərinin nəzarəti artıra biləcəyini bildirib:

“Onun özünün kopsentrasiyası var, əgər o normadan artıq olursa, onda artıq çox ciddi tədbirlər, hətta qapanma belə ola bilər. Amma mən elə bir prosesin olacağını güman elmirəm. Virus bir canlı orqanizmdir, əgər bu canlı orqanizm bugünkü günə qədər həkimlər və ya əhali arasında ciddi narahatlıq yaratmayıbsa, demək ki, koronavirusa rast gəlmərik. Yəni soyuq havalarda adi soyuqdəymələr də ola bilər”.

Günay Şahmar, Bizim.Media

Seçilən
29
2
bizim.media

3Mənbələr