AZ

Çin və ABŞ arasında ticarət həcmi yarım trilyon dolları ötüb

Bu ilin yanvar-oktyabr aylarında Çin və ABŞ arasında ticarət dövriyyəsi illik müqayisədə 2,8% artaraq 564,17 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Bu dövrdə Çin ABŞ-yə 427,8 milyard dollarlıq mal ixrac edib. Çin ABŞ-dən isə 136,4 milyard dollar dəyərində mal idxal edib.

Qeyd edək ki, ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp seçki proqramında Çindən idxal olunan məhsullara 60% rüsum tətbiq etməyi təklif edib.

 

Gözəl Həşimova

Seçilən
18
iqtisadiyyat.az

1Mənbələr