Azərbaycanın qadın basketbolçulardan ibarət yığması AVRO-2025-in qrup mərhələsində bu gün səfərdə Polşa yığması ilə üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, C qrupunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə 23:30-da start veriləcək.
Görüşü Coş Boue (Böyük Britaniya), Kristina Simanoviç (Latviya) və Mariya Siriç (Serbiya) idarə edəcəklər.
Qeyd edək ki, Evren Alkayanın baş məşqçisi olduğu Azərbaycan millisi ilk oyunda Litvaya 63:99 hesabı ilə uduzub. Komanda ikinci matçda Belçikaya da yenilib - 28:136.
"Neftçi"də uğursuzluğun növbəti qurbanı: Baş məşqçi istefaya göndərildi
"Sabah" FIBA Avropa Kubokunda növbəti matçını keçirəcək
Bu gün Azərbaycan Kubokunda qaliblər bəlli olacaq
“Sumqayıt”ın baş məşqçisi: “Xarakter nümayiş etdirmək lazımdır”
"Şəki"dən inamlı qələbə