AZ

Dini Komitənin sədri Şirvanda vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Komitədən məlumat verilib.

Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, R.Məmmədovun noyabrın 15-də keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Belə ki, Komitə sədri noyabrın 14-də Şirvan şəhərində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da Şirvan şəhər Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B) keçiriləcək.

Seçilən
16
2
sia.az

3Mənbələr