AZ

"Niyə peşə məktəbinə yalnız onlar getməlidir?" - Ekspert direktorları tənqid etdi

“Bu gün məktəb rəhbərləri zəif uşaqlardan canlarını qurtarmaq istəyirlər. Ona görə dəonları peşə məktəblərini yönəldirlər. Ancaq məktəb rəhbərləri həmin uşaqların 10-cu sinifdə oxumasına maneə yaratmamalı, onlarınpeşə məktəbinə yönəldilməsi üçün təbliğat aparmalıdırlar. Təhsil nailiyyətləri aşağı olan şagirdlərin peşə məktəblərinə yönləndirilməsini düzgün hesab etmirəm. Niyə məhz təhsil nailiyyətləri aşağı olan uşaqlar peşə məktəblərinə getməlidir ki? Axı peşə məktəblərinə yaxşı oxuyan şagirdlər də gedə bilər".

Bunu Bakupost.az -a təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, məktəb rəhbərliyi şagird yaxşı oxumadığı üçün onları təhsildən uzaqlaşdırmamalıdır.

Onun sözlərinə görə, bu gün məktəblər illər əvvəl olduğu kimi peşə məktəblərinə “cərimə batalyonu” kimi yanaşır:

"Ona görə aşağı qiymət alan uşaqları peşə məktəblərinə yönləndirirlər. İllərdir belə bir yanaşma olduğuna görə bir çoxları uşağının peşə məktəbində təhsil almasını istəmir. Yaxşı olardı ki, 8 və 9-cu siniflərdə məktəb rəhbərliyi zəif oxuyan şagirdlər arasında təbliğat aparsın. Belə olsa, məktəblərin 10-11-ci siniflərində indi istədiklərindən daha yaxşı nəticə əldə edə bilərlər. Çünki bu gün dövlət peşə məktəblərinin infrastrukturunun yenidən qurulması üçün çox böyük işlər görüb”.

Sevinc,
BakuPost

Seçilən
44
bakupost.az

1Mənbələr