AZ

ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR: ​​​​​“YAŞA AZƏRBAYCAN!”

Gəncə şəhəri M. M. Abbaszadə adına 20 nömrəli orta məktəbdə 8 Noyabr – Zəfər Günü münasibətilə vətənpərvərlik ruhunu yaşadan "Yaşa Azərbaycan!" adlı tədbir keçirilib. ​​​

Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi, məktəbin  müəllim və şagird kollektivi ilə yanaşı, şəhid anaları və qazilər də iştirak ediblər.​​​​​​​​​​​Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir "Çırpınırdı Qara dəniz" mahnısının səslənməsi ilə davam edib. ​​​​​​

Tədbirdə şəhid ailələri və müharibə əlillərinə Azərbaycan Respublikasının Prezidentiu İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  hərtərəfli diqqət və qayğısı xüsusi vurğulanıb. İştirakçılar şəhid ailələrinə və müharibə əlillərinə göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə  rəhbərliyinə minnətdarlıqlarını  ifadə ediblər. ​​​Şagirdlərin yüksək vətənpərvərlik ruhunda səhnələşdirilmiş çıxışları və rəqsləri iştirakçılara unudulmaz anlar yaşadıb və tədbirə xüsusi rəng qatıb.​​

Tədbirin sonunda Vətən müharibəsində qəhrəmancasına vuruşan qazilərimizə xüsusi ehtiram göstərilib. Məktəb rəhbərliyi qazilərimizi göstərdikləri igidliyə görə sertifikatlarla təltif edib. 

 

Seçilən
30
adalet.az

1Mənbələr