"Azərbaycanda orta məktəblərdə 150 mindən çox müəllim çalışır. Problemlərdən biri müəllimlərin yaşadıqları yerdən uzaq məktəblərdə işləməsidir. Məsələn, Yasamalda yaşayan müəllim 3 marşurut dəyişərək Pirşağıda dərs deməyə gedir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, bunun mənəvi və fiziki yorğunluğunu təsəvvür etmək lazımdır:
"Bunu elə sistemləşdirməliyik ki, müəllim vaxtında məktəbə gələ bilsin. Müəllimin də ailəsi, sosial problemləri, ailəsinin qayğısı var. Bu, məktəbdə dərsin keyfiyyətinə də təsir göstərir. Müəllim işdən tələsik evə getməlidir ki, çata bilsin. Müəllimin bu vəziyyətini yüngülləşdirməyi vaxtında həll edə bilməsək, dərsin keyfiyyətinə təsir edən məsələlər gündəmdə qalacaq".
Nicat