AZ

Vətən müharibəsinin xronikası: 7 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

7 noyabr - müharibənin 42-ci günü

• Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad edib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter hesabında bildirib.

• Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə mövqelərinə artilleriya zərbələri endirilib. Həmçinin işğalçı ordunun 6-cı dağatıcı alayının birinci taborunun bölmələrinin şəxsi heyəti itkilərə məruz qalıb, D-30 artilleriya divizionunun 3-cü batareyasının topları sıradan çıxarılıb.

• Döyüşlərdə xeyli sayda şəxsi heyət və hərbi texnika itkisi verən düşmən geriyə çəkilməyə məcbur edilib. Bölmələrimiz Ermənistan ordusunun 178-ci əlahiddə kəşfiyyat taborundakı, eləcə də 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyətini məhv ediblər. Bu barədə Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə məlumat verilib.

• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini paylaşıb.

• Düşmənin Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonunun atəşə tutulması nəticəsində çoxlu sayda hərbi qulluqçusu məhv edilib.

• Cəbrayıl və Füzuli rayonlarının erməni işğalından azad olunmuş ərazilərindən yeni görüntülər - AZƏRTAC-ın fotoreportajı.

• ANAMA: Tərtərdə aşkarlanan partlamamış raket və bombacıq zərərsizləşdirilib.

• AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində çəkilişlər aparıb, kənd sakinləri ilə həmsöhbət olublar. Düşmənin atdığı mərmi jurnalistlərin yaxınlığında partlayıb.

Seçilən
51
4
yeniazerbaycan.com

10Mənbələr