Bakı. Trend:
8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycan Dövlət SuEhtiyatları Agentliyi (ADSEA) silsilə tədbirlər keçirir.
Bu barədə Trend-ə ADSEA-danbildirilib.
II Qarabağ müharibəsi iştirakçılarının mükafatlandırılmasıməqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı XidmətininNəqliyyat və Xüsusi Texnika İdarəsində xüsusi mərasim gerçəkləşib.Mükafatlandırma mərasimində 32 vətən müharibəsi iştirakçısınaqiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.
Tədbirdə çıxış edən ADSEA-nın nümayəndələri və idarənin rəisiSamir Cəbrayılov qeyd ediblər ki, Azərbaycanın müstəqilliyi naminəvuruşan hər əsgər, qazi, vətən müharibəsi döyüşçüsü hər zaman ADSEArəhbərliyi tərəfindən qürurla anılır və diqqətdə saxlanılır.
İdarənin əməkdaşları olan qazilər də çıxışlarında onlara dövlətsəviyyəsində göstərilən diqqət və qayğıdan razılıqlarınıbildiriblər. Vətənin inkişafı və parlaq gələcək naminə bundan sonrada səylə fəaliyyət göstərəcəklərini vurğulayıblar.